Roşal: Koronavirus bioloji savaşdan öncəki məşqdir


Digərləri 03 Avq 2020 21:59:00 203 0

Roşal: Koronavirus bioloji savaşdan öncəki məşqdir

Koronavirus pandemiyası bioloji müharibədən öncəki məşqdir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Tibb Palatasının rəhbəri Leonid Roşal deyib.

Onun sözlərinə görə, Rusiya hökumətinin məhdudiyyətlərin götürülməməsi ilə bağlı tələsməməsi doğru addımdır:

"Situasiyanı analiz edirəm, başa düşürəm ki, bu, bioloji savaş öncəsi məşqdir. Mən demirəm ki, bu virusu insan yaradıb. Bunu iddia etmək üçün yetərli əsaslar yoxdur. Bu, səhiyyə sistemlərinin dayanıqlılığının yoxlanılmasıdır".