Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub FOTO


Digərləri 03 Avq 2020 21:15:00 202 0

Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub  FOTO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.

Müdafiə Nazirliyindən Son.az-a ə verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, "Əshabi-Kəhf Ziyarətgahı" dini-mədəni abidə kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnika ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.