Bu il Türkiyədə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 123ə çatıb


Dünya 03 Avq 2020 20:35:00 168 0

Bu il Türkiyədə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 123ə çatıb

Türkiyədə terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində görülən təbliğat işi nəticəsində terrorçuların təhlükəsizlik qüvvələrinə təslim olması davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cari il ərzində təbliğat yolu ilə təslim olan terrorçuların sayı 123-ə çatıb.

Daxili İşlər Nazirliyinin (DİN) bu barədə yaydığı məlumatda bildirilir ki, axırıncı təslim faktı Mardin vilayətində baş verib.

Ən son məlumata görə, Milli Təhlükəsizlik Təşkilatının (MİT) iyulun 30-da Şırnak vilayətinin Qabar bölgəsində zərərsizləşdirdiyi PKK/KCK terror təşkilatının dörd üzvünün şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, onlardan biri "Brüsk İsrail" ləqəbli təhlükəli terrorçu Seyithan Acaydır. Onun ələ keçirilməsi üçün DİN tərəfindən böyük məbləğdə pul mükafatı vəd edilmişdi.