Dənizdə dalğanın hündürlüyü 4,5 metrə çatıb FAKTİKİ HAVA


Digərləri 03 Avq 2020 19:59:00 180 0

Dənizdə dalğanın hündürlüyü 4,5 metrə çatıb  FAKTİKİ HAVA

Bakı, Maştağa, Pirallahı Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan, İmişli, Salyan, Qazıməmməd, Netfçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Yağan leysan yağışlar nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a bildirilib ki, avqustun 3-ü saat 19:00-a olan məlumata əsasən, Şimal-qərb küləyi arabir Neftçalada 22 m/s, Bakıda və Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,5 metrə çatıb.