Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib FOTO


Digərləri 03 Avq 2020 19:20:00 160 0

Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib  FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, keçirilən reyd zamanı şəhərdaxili marşrut avtobusları yoxlanış məqsədilə polis əməkdaşları tərəfindən saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər.

Reyd mağazalarda da davam etdirilib. Burada da tibbi maskadan istifadə etməyən bəzi satıcı və müştərilər aşkar olunub. Barələrində qanunamüvafiq tədbirlər görülüb.