Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli yuxuda ikən koronavirusdan öldü


Dünya 03 Avq 2020 19:10:00 141 0

Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli yuxuda ikən koronavirusdan öldü

Yorğunluqdan şikayətlənən doqquz yaşlı məktəbli Kimora Linum yuxuda ikən koronavirusdan ölüb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, "The Mirror"un məlumatına görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Ailənin sözlərinə görə, uşaq bir neçə gün imiş ki, nasazlıq hiss edirmiş. Onun temperaturu 37,7 dərəcəyə yüksəlib. Lakin həkimlər uşaqda adi soyuqdəymə olduğun deyərək evə yollayıblar.

Simtomlara baxmayaraq, uşağa koronavirus testi edilməyib.

Bir neçə gün sonra özünü yaxşı hiss edən Kimora dostları ilə oynamağa gedib. Qayıtdıqdan sonra  bərk yorulduğunu deyərək, yatıb.