"COVİD19un mutasiyası barədə fikir söyləmək çox tezdir"


Digərləri 03 Avq 2020 18:40:16 168 0

"COVİD19un mutasiyası barədə fikir söyləmək çox tezdir"

COVİD-19 virusunun mutasiyası barədə fikir söyləmək çox tezdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, virusa yoluxanların sayı azalıb: "Bu, sərtləşdirilmiş karantin rejiminin nəticəsidir. Bu gün ağır xəstələrin sayı azalıbsa, bu, bizi sevindirir. Amma virusun mutasiya edilərək zəifləməsi barədə elmi fikirlər yoxdur".