Hikmət Hacıyev: "Orta məktəblərin açılması məsələsinə baxılır"


Digərləri 03 Avq 2020 18:45:00 166 0

Hikmət Hacıyev: "Orta məktəblərin açılması məsələsinə baxılır"

Təhsil Nazirliyi qarşısında tapşırıq qoyulub. Müvafiq qurumlarla birgə orta məktəblərin yeni tədris ilində açılması məsələsi müzakirə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, burada digər ölkələrin də təcrübəsinə baxılacaq. O qeyd edib ki, bununla bağlı hazırlanacaq təkliflərə baxılacaq.