Qırğızıstanda COVID19a yoluxanların sayı 37 mini keçib


Dünya 03 Avq 2020 18:11:00 152 0

Qırğızıstanda COVID19a yoluxanların sayı 37 mini keçib

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 410 adam yoluxub və virusdan xəstələnənlərin sayı 37 min 129 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, son 24 saatda virusdan 11, ümumiyyətlə isə 1420 xəstə ölüb.

Bildirilib ki, hazırda xəstəxanalarda 7 min 792 pasiyent var.

Son 24 sutkada virusa 20, bütünlükdə isə 2 min 829 tibb işçisi yoluxub.

A.Akmatova deyib ki, sutka ərzində 101 və 80 yaşlı xəstələr koronavirusdan sağalıb.