Operativ Qərargahdan metro və “mall”larla bağlı açıqlama


Digərləri 03 Avq 2020 18:06:15 184 0

Operativ Qərargahdan metro və “mall”larla bağlı açıqlama

Bakı metropoliteninin fəaliyyətə başlaması koronavirusun geniş yayılmasına səbəb ola bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, metronun açılması məsələsi ekspertlər tərəfindən müzakirə olunur: "Ekspertlərin rəyinə görə, metronun ventilasiya sistemi ümumi olduğu üçün virus daha sürətlə yayıla bilər. Bu səbəbdən metropolitenin açılması, hələ ki, məqsədəuyğun hesab edilmir".

Dövlət rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi qarşısında tapşırıq qoyulub ki, günün pik saatlarında avtobusların sayı artırılsın.

H.Hacıyev əlavə edib ki, "mall"ların və ticarət mərkəzlərinin də açılması virusun yayılmasına səbəb ola bilər: ""Mall"larda və iri ticarət mərkəzlərində qapalı məkanda çoxlu sayda insanlar toplaşdığı üçün virusun yayılma sürəti arta bilər".