Filippin yenidən "qapanır"


Dünya 03 Avq 2020 17:51:00 164 0

Filippin yenidən "qapanır"

Filippin hökuməti iyulun 4-dən başlayaraq Manilada və paytaxtətrafı regionda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə yenidən ciddi məhdudiyyətlərin tətbiq olunacağını bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin məhdudiyyətlərin avqustun 18-dək davam edəcəyi qeyd olunur.

Məhdudiyyət tədbirlərinə ərzaq və dərman daxil olmaqla gündəlik tələbat məhsullarını almaq istisna olmaqla, evdən çıxışın qadağan olunması daxil ediləcək. Bununla yanaşı, əməkdaşların iş yerlərinə gedişinə də məhdudiyyətlər qoyulacaq.

Koronavirus pandemiyasının Filippin iqtisadiyyatına güclü ziyan vurduğu qeyd edilir. Bildirilir ki, ölkədə işsizliyin səviyyəsi 17,7 faizə qalxıb ki, bu da həmin statistikanın aparılmağa başlandığı dövrdə ən yüksək göstəricidir.

Əlavə olaraq qeyd edək ki, son sutka ərzində Filippində koronavirusa yoluxanların ümumi sayı 5 min 32 nəfər artaraq 100 mini ötüb.