Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək


Digərləri 03 Avq 2020 17:52:06 164 0

Çimərliklərdə səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək

Bütün çimərliklərə məsul şəxslər təhkim olunublar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, çimərliklərdə bildiriş lövhələri quraşdırılıb və səsgücləndirici vasitələrlə məlumatlar səsləndiriləcək: "Bütün çimərliklər artıq açılışa tam hazırdır. Səsgücləndirici ilə verilən məlumatlar sosial məsafənin qorunması və virusa yoluxmanın qarşısını almaq üçün lazım olan informasiyaları əhatə edəcək".

E.Həbibullayev əlavə edib ki, bəzi çimərliklədə nişanlanma işləri də aparılıb: "Elə çimərliklər var ki, orada sosal məsafəni qorumaq üçün iplərdən istifadə olnaraq bölgülər yaradılıb".