Zəngin ölkələr COVID19 peyvəndinə "elçi düşüblər"


Dünya 03 Avq 2020 17:58:00 161 0

Zəngin ölkələr COVID19 peyvəndinə "elçi düşüblər"

ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına üzv ölkələr koronavirus əleyhinə hələ hazır olmayan vaksinin 1,3 milyard dozasını almaq üçün razılıq əldə ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi "Airfinity" analitik kampaniyasının tədqiqatına istinadla məlumat yayıb.

Məlumata əsasən, vaksin alınması üçün ABŞ və Böyük Britaniya müvafiq olaraq "Sanofi" və "GlaxoSmithKline", Yaponiya isə "Pfizer" əczaçılıq kompaniyaları ilə saziş imzalayıb.

Vaksinin koronavirus əleyhinə effektivliyi hələ sübut olunmasa da, varlı ölkələr tərəfindən böyük həcmlərdə sifariş edilib. Analitiklərin fikrincə, dünyanın 7,8 milyard nəfərlik əhalisi üçün vaksin çatışmayacaq və kasıb ölkələr növbənin sonunu gözləməli olacaq.

Oxşar vəziyyət 2009-cu ildə də qeydə alınmışdı. O zaman varlı ölkələr donuz qripi əleyhinə vaksini inhisara almışdı.