"Uhan şəhərindən Azərbaycana ekspert qrupu gələcək"


Digərləri 03 Avq 2020 17:31:00 138 0

"Uhan şəhərindən Azərbaycana ekspert qrupu gələcək"

İtaliyalı mütəxəssislər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, italiyalı mütəxəssislər pandemiya ilə mübarizədə öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər: "Azərbaycan mütəxəssisləri də bu sahədə qazandıqları təcrübələrini bölüşəcəklər".

Prezidentin köməkçisi əlavə edib ki, Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulur.