Operativ Qərargah: “Vətəndaşlara dəstək paketləri davam etdiriləcək”


Digərləri 03 Avq 2020 17:28:46 141 0

Operativ Qərargah: “Vətəndaşlara dəstək paketləri davam etdiriləcək”

Dövlət tərəfindən koronavirus pandemiyası başlayandan vətəndaşlara dəstək paketləri davam etdirilir və bundan sonra da davam etdiriləcək.

Son.az APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, işçi saylarında azalmaya yol verilməməsi xüsusi diqqətdədir.

H. Hacıyev dünya üzrə 60 milyondan çox insanın yoxsulluğun ən aşağı həddinə düşəcəyini bildirib: "Dünyada 100-dən artıq ölkəyə yardımlar edilib. Dünya ölkələri borclanmaya gedir. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmiz borclanmaya getmir. Əksinə, vətəndaşlarımızın iqtisadi baxımdan dəstəklənməsi üçün xüsusi paketlər verilməkdədir".