Ukraynalı gənc modeli Türkiyədə döydülər FOTO


Dünya 03 Avq 2020 16:43:00 300 0

Ukraynalı gənc modeli Türkiyədə döydülər  FOTO

Dünyaca məşhur ukraynalı topmodel Dariya Kiriliuk Türkiyədə hücuma məruz qalıb.

Son.az xəbər verir ki, dostları ilə birlikdə İzmir şəhərinin Çeşmə bölgəsində əyləncə klubuna gedən model mühafizəçilər tərəfindən döyülüb.

Topmodel foto çəkərək üzündən aldığı xəsarətləri sosial mediada paylaşıb: "Səssiz qalmaq istəmirəm. Mənə, sevgilimə və dostlarımıza nə olduğunu danışmaq istəyirəm. Əyləncə məkanının mühafizəçiləri bizə hücum etdi. 4 qızın (mən daxil) üzünə yumruq atıldı və uşaqlar ağır dərəcəli yaralandı. Polisə detallı hesabat verdik. Bu yaşananları görməzdən gələ bilmərik".

O, hər kəsi postunu paylaşmağa və zorakılığa etiraz etməyə çağırıb.