Şəki və Siyəzən siyahıdan çıxarıldı, Salyanda isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq


Digərləri 03 Avq 2020 16:44:53 170 0

Şəki və Siyəzən siyahıdan çıxarıldı, Salyanda isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

Avqustun 5-dən Salyan rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Operativ Qəraghahdan Son.az-a verilən məlumata görə, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında davam edəcək.

Qeyd edək ki, avqustun 5-dən etibarən Şəki və Siyəzən rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.