Serbiyada deputatların avtomobillərinin qarşısını kəsdilər,


Dünya 03 Avq 2020 15:40:00 170 0

Serbiyada deputatların avtomobillərinin qarşısını kəsdilər,

Serbiyanın paytaxtı Belqradda parlament binası qarşısında etiraz aksiyası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, aksiya yeni seçilmiş parlamentin ilk iclası zamanı baş verib.

Qeyd olunur ki, bir qrup etirazçı deputatların avtomobillərinin qarşısını kəsməyə çalışıb. Bəzi deputatlara yumurta atılıb.

Polis etirazçılardan bir nəfəri saxlayıb. İnsidentdən sonra parlamentdə deputatların andiçmə mərasimi baş tutub.