"Şəhidlərimiz oldu, istəmirdim çıxıb efirdə oxuyum, əylənim"


Şou-biznes 03 Avq 2020 15:12:00 189 0

"Şəhidlərimiz oldu, istəmirdim çıxıb efirdə oxuyum, əylənim"

Tez-tez mahnı çıxarmaq, hər yerdə görsənmək yaxşı hal deyil.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov deyib. "Hər səhər" proqramında qonaq olan sənətçi efirlərə getməməsinin səbəbini açıqlayıb:

"Kanallar məndən inciməsin. Neqativ ab-hava var idi. Şəhidlərimiz oldu, bu da məni vicdanən çətin duruma saldı. Əziyyət çəkirdim. İnsanın vicdanı olanda təsir edir, üstündən keçə bilmirsən. İstəmirdim çıxıb efirdə oxuyum, əylənim".