Melburnda karantin rejimi sərtləşdirilir


Dünya 03 Avq 2020 14:20:00 190 0

Melburnda karantin rejimi sərtləşdirilir

Avstraliyanın ikinci ən böyük şəhəri Melburnda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi növbəti dəfə sərtləşdirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, avqustun 5-dən başlayaraq 6 həftə müddətinə şəhər ərazisində mağazalar bağlanır.

Tikinti və digər sənaye sahələri əməliyyatların həcmini və işçilərin sayını azaltmalı olacaq. Bu müddət ərzində yalnız supermarketlər, ərzaq mağazaları, aptek və banklar işləyəcək.

Mağazaya bir evdən yalnız bir nəfər gedə bilər. Evi bir saat müddətinə 5 kilometr məsafədən uzaq olmayaraq tərk etmək mümkün olacaq.

Bundan başqa, Melburnda saat 20:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq.