Avtobusa maskasız minən gənclərin davası qanla bitdi:


Dünya 03 Avq 2020 11:05:00 192 0

Avtobusa maskasız minən gənclərin davası qanla bitdi:

Türkiyədə bir qrup gənc avtobusa maskasız minmək istəyib və bu zaman sürücü ilə aralarında mübahisə yaranıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Balıkesir şəhərində baş verib.

Sürücünün iddiasına görə, gənclər sərxoş olub və onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, maskalarını taxmayıblar. Bu zaman onlar arasında mübahisə yaranıb. Gənclərdən biri sürücünü başından bıçaqlayıb.

O, dərhal xəstəxanaya çatdırılıb.