Kolumbiyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb


Dünya 03 Avq 2020 09:30:00 151 0

Kolumbiyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

Kolumbiyada ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda - 11 470 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 317 651 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində həmçinin 6 531 nəfərin sağaldığı və 320 nəfərin ölümü təsdiqlənib. Sağalanların sayı 167 239 nəfər, koronavirusdan ölənlərin sayı isə 10 650 nəfərə çatıb.