ABŞ və Rusiya yaxın zamanda terrorizmlə mübarizəni müzakirə edə bilərlər


Dünya 03 Avq 2020 09:20:00 146 0

ABŞ və Rusiya yaxın zamanda terrorizmlə mübarizəni müzakirə edə bilərlər

ABŞ və Rusiya nümayəndələri arasında yaxın aylarda terrorizmlə mübarizə mövzusunda görüş keçirilə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "The Washington Post" qəzetinə müsahibəsi zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib.

R.O'Brayen bildirib: "Rusiya ilə potensial əməkdaşlığın başqa bir sahəsi də terrorla mübarizədir. Həm Rusiya, həm də ABŞ öz ərazilərində ekstremistlər tərəfindən hücumlara məruz qalıblar".

Onun sözlərinə görə, ABŞ rəsmiləri, çox güman ki, yaxın aylarda bu məsələlər üzrə Rusiyanın kəşfiyyat və hüquq-mühafizə orqanlarındakı həmkarları ilə qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.