İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib


Dünya 03 Avq 2020 08:51:00 146 0

İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə atılan raketə cavab olaraq həyata keçirilib:

"Ötən gün Qəzza zolağından İsrail ərazisinə q raket atılıb. Buna cavab olaraq bir qədər əvvəl qırıcı təyyarələr və uçuş aparatları Qəzza zolağında HƏMAS-ın terror obyektlərinə zərbələr endiriblər".