Bakıda avtobuslar toqquşub, xəsarət alan var FOTO


Digərləri 03 Avq 2020 08:59:00 189 0

Bakıda avtobuslar toqquşub, xəsarət alan var  FOTO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.