Qırğızıstanda daha 420 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb


Dünya 03 Avq 2020 08:15:00 159 0

Qırğızıstanda daha 420 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Qırğızıstanda yeni növ koronavirusa daha 420 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Bişkek, Oş şəhərlərində və Çuy, Oş, Talas, Narın, İssık-Kul, Calal-Abad, Batken vilayətlərində qeydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 36 719 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 12 nəfər ölüb, ölənlərin ümumi sayı 1 409 nəfər təşkil edir.