Sidikdə zülal artması qorxuludurmu? Səbəbləri, əlamətləri


Digərləri 02 Avq 2020 23:34:00 219 0

Sidikdə zülal artması qorxuludurmu?  Səbəbləri, əlamətləri

Zülal orqanizmin tikinti materialı, sementidir. Onlar sümük, əzələ, dırnaq və saçları formalaşdırır.

Qan plazmasında da zülalın öz vacib funksiyası var. Qanda infeksiyaları neytrallaşdırır, laxtalanmaya qarşıdır, qanda maye miqdarını saxlayır, bütün bədənə qan daşınmasında, dövriyyəsində iştirak edir.

Əgər bir şəxsdə böyrəklər hər hansı səbəbdən düz işləmirsə, zədələnibsə, sidikdə zülal miqdarı çoxalır.

Son.az medicina.az-a istinadən sidikdə zülalın artmasının səbəblərini təqdim edir.

Şəkərli diabet, ciddi damar patologiyaları, ürək xəstəlikləri, böyrək problemləri - pielonefritdə sidikdə zülal çoxalır.

Standart sidik analizində miqdar 0, 033 q/l aşarsa, əlavə dəqiq müayinələr aparılır.

Terapevt sidik analizində zülal çoxluğu görərsə, xəstəni uroloq, kardioloq, nefroloqa göndərir.

Böyrəkdə nə baş verir?

Qan sağlam böyrəklədən keçib süzüləndə, artıq maddələr filtrasiya olunur. Bu zaman qlükoza və plazma zülalı saxlanılır. Zülallar ölçüsünə görə iridir, ona görə böyrəklərdən sidiyə keçə bilmir.

Sidikdə çıxan əsas zülal növü albumin olur, çünki o, ən aşağı molekulyar çəkiyə malikdir və süzgəcdən keçə bilir.

Amma qanda olan əsas iri plazma zülalları o halda sidiyə düşür ki, böyrəklərin filtr yumağı zədələnib. Bu yumaqların iltihabı qlomerulonefrit və sadəcə nefrit xəstəliyi adlanır.

Nefrit xəstəliyini nə yaradır?

Diabet, yüksək təztiq, ürək xəstəlikləri, böyrəklərin iltihabı və s.

Sidikdə zülalın nə qədər çox olması gələcəkdə böyrək çatışmazlığı riskinin dərəcəsini də göstərir.

Proteinuriya ürəklə də bağlıdır. Ürək damarlarının zədələnməsi, tıxanması ürək çatışmazlığı, insult, infarkta səbəb olur. Ona görə sidikdə zülala ciddi yanaşın, bu gələcək təhlükələrdən xəbər verir.