59 yaşlı aktyor cavan qızla evləndi FOTO


Digərləri 02 Avq 2020 23:39:00 247 0

59 yaşlı aktyor cavan qızla evləndi  FOTO

59 yaşlı kino ulduzu Şon Pen 4 ildir görüşdüyü 28 yaşlı sevgilisi Leyle Corcla münasibətlərini rəsmiləşdirib.

Son.az xəbər verir ki, cütlüyün toyu gizli şəkildə baş tutub.

Bu barədə film prodüseri Mayk Medavoyun həyat yoldaşı İrena məlumat yayıb. O, instaqramında bir neçə şəkil paylaşıb ki, onlardan birində yeni evlənənlər toy üzüklərini nümayiş etdirib.

Qeyd edək ki, cütlük münasibətlərini mətbuatdan gizli saxlamağa çalışırdı. Şon Pen yalnız bu yaxınlarda verdiyi müsahibəsində Leyleni həyatının qadını adlandırmışdı.

Şon Pen 1985-1989-cu illərdə Madonna, 1996-2007-ci ildə Robin Raytla rəsmi nikahda olub. 2014-cü ildə isə aktrisa Şarliz Teronla sevgili olub. (publika.az)