Hindistanda nazir koronavirusa yoluxdu


Dünya 02 Avq 2020 22:30:00 182 0

Hindistanda nazir koronavirusa yoluxdu

Hindistanın Daxili İşlər naziri Amit Şah koronavirus infeksiyasına yoluxub.

Son.az azvision.az-a istinadən xəbər verir ki, DİN rəhbərinin COVID-19 testi müsbət çıxıb.

O, həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdirilib. Hazırda nazirin vəziyyətinin normal olduğu bildirilir.