Limon duzu NƏDİR? İnanılmaz faydaları olan vasitə


Digərləri 02 Avq 2020 21:54:00 211 0

Limon duzu NƏDİR?  İnanılmaz faydaları olan vasitə

Limon duzu, mətbəxlərdə istifadə edilən, əslində sitrik turşu kimi tanınan və antioksidant təsirini artırdığı üçün yeməklərin daha təzə qalmasını təmin edən vasitədir.

Son.az xəbər verir ki, limon duzunun təbii tərkibli olduğu düşünülsə də əslində kimyəvi proseslər nəticəsində əldə edilən rəngsiz və kristal görünüşlü bir duzdur.

Limon duzu haralarda istifadə edilir?

E330 kimi tanınan sitrik turşu; yəni limon duzu maddəsi bir çox fərqli hazır məhsulun tərkibində istifadə edilir. Qida sektorunda bəzi şirniyyat növlərinin istehsalında, dərman sektorunda və bəzi hazır içki növlərinə dad vermək məqsədilə istifadə edilir.