Gözdə qan damarları niyə partlayır? SƏBƏBLƏR


Digərləri 02 Avq 2020 21:59:00 215 0

Gözdə qan damarları niyə partlayır?  SƏBƏBLƏR

"Həkim, mənim gözümün içi durduğu yerdə qızarır, qan damır, damarlarım partlayır, hər gecə gözlərinə qan dolur"- oftalmoloqlara tez-tez bu suallar verilir və xəstələr qorxu ilə gəlir.

Bu sindrom gözləri kor etmir, amma səbəb nədir?

Gözlərin içində olan səthi damarlar dözmür, partlayır və göz ağına qan sızır. Qansızma nöqtəli və ya bütün gözü dolduracaq qədər ola bilər. Gözdə damarların partlaması an məsələsidir və çətin bir səbəb tələb olunmur, konyuktivitin kapilyarlarının divarı çox həssasdır.

Son.az medicina.az-a istinadən damarların partlamasının səbəblərini təqdim edir:

- Qəfil əyilib qalxmaq - Öskürək - Güclü gülmə tutması - Təzyiqin qalxması - Ağırlıq qaldırma - Hündürdən yıxılma - Qusma, öyümə - Qəfil qorxu və stres - Gözlərin travması - Baş beyin silkələnməsi - Konyuktivit xəstəliyində

Az və nöqtəli qansızma bir neçə günə itir. Əgər 1 həftədən çox çəkirsə o zaman müayinə və müalicə lazımdır.

Göz üçün xüsüsi heparinli damcılar və mazlar var.