Dənizdə batan şəxsin meyiti tapılıb


Digərləri 02 Avq 2020 20:40:00 176 0

Dənizdə batan şəxsin meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü Baloğlanov Zaur Faiq oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.