Əfqanıstanda daşqınlar 16 nəfərin həyatına son qoyub


Dünya 02 Avq 2020 19:25:00 164 0

Əfqanıstanda daşqınlar 16 nəfərin həyatına son qoyub

Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər, o cümlədən 12 uşaq ölüb. İtkin düşənlər var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, daşqınlar cümə günü axşam ölkənin şərqindəki Nanqarhar əyalətində başlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət bir neçə evi dağıdıb. Dörd uşağın itkin düşdüyü bildirilir.

Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır. Zərər çəkmiş ailələrə humanitar yardım göstərilir.