Ombudsman Bakı İstintaq Təcridxanasına baş çəkib


Digərləri 02 Avq 2020 17:09:00 61 0

Ombudsman Bakı İstintaq Təcridxanasına baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirib.

Ombudsmandan Son.az-a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı və Seymur Əhmədov konfidensial qaydada qəbul olunub və onların müraciəti dinlənilib.

F. Qəhrəmanlı haqqında sosial mediada yayılan məlumatlar öz təsdiqini tapmayıb, eyni zamanda onun vəkilinin müraciəti də yerində araşdırılıb. Qəbul zamanı F. Qəhrəmanlı və S. Əhmədov saxlandıqları müddətdə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyib, hal-hazırda sağlamlıq durumlarının da normal olduğunu bildiriblər.

Təqsirləndirilən şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılıb. Milli Preventiv Qrupun üzvlərinin, o cümlədən həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılan şəxslərə hüquqları, eləcə də müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış müraciətlər qəbul olunub, saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər yerində təmin edilib.

Yekunda Ombudsman tərəfindən müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilib.

Arzu Nağıyev: Azərbaycan ordusu tam komplektləşdirilib və güclü kadr hesabına malikdir  VİDEO like
  • 02 Avq 16:55  
Digərləri Arzu Nağıyev: Azərbaycan ordusu tam komplektləşdirilib və güclü kadr hesabına malikdir VİDEO

Azərbaycan ordusu tam komplektləşdirilib və güclü kadr hesabına malikdir.

arrow Ətraflı
Qatıq su salırsa, əsla atmayın  XƏRÇƏNGƏ DƏRMANDIR like
  • 02 Avq 16:40  
Digərləri Qatıq su salırsa, əsla atmayın XƏRÇƏNGƏ DƏRMANDIR

Qatıq kalsium və protein qaynağı olduğundan hər yaş qrupuna daxil insanla

arrow Ətraflı
"Ermənistanın siyasəti regionda sülhə və təhlükəsizliyə əsas təhdiddir" like
  • 02 Avq 16:25  
Siyasət "Ermənistanın siyasəti regionda sülhə və təhlükəsizliyə əsas təhdiddir"

Ölkə Prezidenti İlham Əliyev Şimal-Qərb bölgəsinə səfəri zamanı Erm

arrow Ətraflı
"Erməni vandalları Qurban bayramı günündə belə öz riyakarlıqlarına ara vermədilər" like
  • 02 Avq 16:14  
Siyasət "Erməni vandalları Qurban bayramı günündə belə öz riyakarlıqlarına ara vermədilər"

Erməni xisləti dəyişməz, riyakar, terrorist və vandal xislətdir. Üstəli

arrow Ətraflı
Dünyanın ən zərərli ərzağı budur  Həkim like
  • 02 Avq 16:04  
Digərləri Dünyanın ən zərərli ərzağı budur Həkim

Dünyada heç bir ərzaq şəkər kimi patoloji xüsusiyyətə malik deyil.

arrow Ətraflı
Ayaq qoxusunu bir anda yox edən MÖHTƏŞƏM ÜSUL like
  • 02 Avq 15:59  
Digərləri Ayaq qoxusunu bir anda yox edən MÖHTƏŞƏM ÜSUL

Alma sirkəsinin bakteriya ilə mübarizədə əvəzsiz rolu var.

arrow Ətraflı
Nardaranda sursat aşkar edilib  FOTO like
  • 02 Avq 15:54  
Digərləri Nardaranda sursat aşkar edilib FOTO

2020-ci il 02 Avqust tarixində saat 11:04-də Daxili İşlər Nazirliyinin ″1

arrow Ətraflı
Axşam hazırlayıb səhər için  İndiyə qədər bilmədiyiniz sadə və çox faydalı resept like
  • 02 Avq 15:49  
Digərləri Axşam hazırlayıb səhər için İndiyə qədər bilmədiyiniz sadə və çox faydalı resept

Qədim dövrlərdən bəri bir çox maraqlı reseptlər ötürülərək bu gün

arrow Ətraflı
Qəhvə ilə ömrü uzatmağın sirləri  ARAŞDIRMA like
  • 02 Avq 15:44  
Digərləri Qəhvə ilə ömrü uzatmağın sirləri ARAŞDIRMA

İsveçin Heteborq Universitetinin mütəxəssisləri qəhvənin ömür müddət

arrow Ətraflı