Nardaranda sursat aşkar edilib FOTO


Digərləri 02 Avq 2020 15:54:00 73 0

Nardaranda sursat aşkar edilib  FOTO

2020-ci il 02 Avqust tarixində saat 11:04-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində məişət tullantıları sahəsində patronların aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 37 ədəd müxtəlif çaplı patronlar və 1 ədəd boş avtomat darağı aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmıb.

Hərbi təyinatlı əşyaların ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Axşam hazırlayıb səhər için  İndiyə qədər bilmədiyiniz sadə və çox faydalı resept like
  • 02 Avq 15:49  
Digərləri Axşam hazırlayıb səhər için İndiyə qədər bilmədiyiniz sadə və çox faydalı resept

Qədim dövrlərdən bəri bir çox maraqlı reseptlər ötürülərək bu gün

arrow Ətraflı
Qəhvə ilə ömrü uzatmağın sirləri  ARAŞDIRMA like
  • 02 Avq 15:44  
Digərləri Qəhvə ilə ömrü uzatmağın sirləri ARAŞDIRMA

İsveçin Heteborq Universitetinin mütəxəssisləri qəhvənin ömür müddət

arrow Ətraflı
AZAL BakıMoskvaBakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək like
  • 02 Avq 15:39  
Digərləri AZAL BakıMoskvaBakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Həftənin çərşənbə günü, avqustun 5-də, "Azərbaycan Hava Yolları

arrow Ətraflı
Koronavirus zamanı immuniteti və ağciyəri möhkəmləndirmək üçün RESEPT like
  • 02 Avq 15:10  
Digərləri Koronavirus zamanı immuniteti və ağciyəri möhkəmləndirmək üçün RESEPT

Tanınmış rusiyalı həkim-revmatoloq, psixofizioloq, sağlamlıq mövzusunda

arrow Ətraflı
Zəncirvarı yol qəzası baş verib, xəsarət alan var like
  • 02 Avq 14:55  
Digərləri Zəncirvarı yol qəzası baş verib, xəsarət alan var

Mingəçevirdə zəncirvarı yol qəzası olub.

arrow Ətraflı
Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik? like
  • 02 Avq 14:50  
Digərləri Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik?

Koronavirusun əsas özəlliyi odur ki, bir qrup xəstəliyi ağır keçirdiyi h

arrow Ətraflı
Çətənə yetişdirən kişi və qadın tutuldu  FOTO like
  • 02 Avq 14:45  
Kriminal Çətənə yetişdirən kişi və qadın tutuldu FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xa

arrow Ətraflı
AzərbaycanTürkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir  VİDEO like
  • 02 Avq 14:34  
Digərləri AzərbaycanTürkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azər

arrow Ətraflı