AZAL BakıMoskvaBakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək


Digərləri 02 Avq 2020 15:39:00 55 0

AZAL BakıMoskvaBakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Həftənin çərşənbə günü, avqustun 5-də, "Azərbaycan Hava Yolları" Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.

AZAL-dan Son.az-a verilən məlumata görə, Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.

Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

- diplomatik və xidməti pasportu olan əcnəbilər;

- Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı https://www.azal.az/az/article/31082015 saytında qeyd edilmişdir.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.

Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:

- Səhiyyə Nazirliyinin "Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- Səhiyyə Nazirliyinin "Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- "İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ" FBEİ;

- Rusiya Elmlər Akademiyasının "İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ" FDBEİ;

- Rusiya Elmlər Akademiyasının "Mərkəzi vərəm elmi-tədqiqat institutu" FDBEİ;

- "Təbabət" ("Medisina") SC;

- "İNVİTRO müstəqil laboratoriyası" MMC;

- "Kliniki farmakologiya və farmasiya milli agentliyi" MMC;

- "Laborator-diaqnostika mərkəzi" MMC;

- "Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi" MMC.

Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Pandemiya dövründə təsdiq edilmiş qaydalara əsasən, təyyarə salonuna əl yükü qismində yalnız kişi portfelinin və ya qadın əl çantasının və ya ölçüləri 30x35x10 sm-dən artıq olmayan noutbuk çantasının (çanta təyinatı üzrə istifadə olunmalıdır) götürülməsinə icazə verilir. Digər əşyalar, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. Həmçinin "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq özünütəcrid şəraitində qala biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. SMS-8103 vasitəsilə verilən icazələr bu şəxslərə şamil edilməyəcək.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı burada izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Koronavirus zamanı immuniteti və ağciyəri möhkəmləndirmək üçün RESEPT like
  • 02 Avq 15:10  
Digərləri Koronavirus zamanı immuniteti və ağciyəri möhkəmləndirmək üçün RESEPT

Tanınmış rusiyalı həkim-revmatoloq, psixofizioloq, sağlamlıq mövzusunda

arrow Ətraflı
Zəncirvarı yol qəzası baş verib, xəsarət alan var like
  • 02 Avq 14:55  
Digərləri Zəncirvarı yol qəzası baş verib, xəsarət alan var

Mingəçevirdə zəncirvarı yol qəzası olub.

arrow Ətraflı
Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik? like
  • 02 Avq 14:50  
Digərləri Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik?

Koronavirusun əsas özəlliyi odur ki, bir qrup xəstəliyi ağır keçirdiyi h

arrow Ətraflı
Çətənə yetişdirən kişi və qadın tutuldu  FOTO like
  • 02 Avq 14:45  
Kriminal Çətənə yetişdirən kişi və qadın tutuldu FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xa

arrow Ətraflı
AzərbaycanTürkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir  VİDEO like
  • 02 Avq 14:34  
Digərləri AzərbaycanTürkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir VİDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azər

arrow Ətraflı
Avtomobilini iş yerinin qarşısına park etmək istəyən qadın döyüldü like
  • 02 Avq 14:29  
Dünya Avtomobilini iş yerinin qarşısına park etmək istəyən qadın döyüldü

Avtomobilini iş yerinin qarşısına park etmək istəyən qadın döyülüb.

arrow Ətraflı
İranda daha 208 nәfәr koronavirusdan ölüb like
  • 02 Avq 14:24  
Dünya İranda daha 208 nәfәr koronavirusdan ölüb

İranda ötәn sutka әrzindә daha 208 nәfәr koronavirusdan (COVID19) ölüb.

arrow Ətraflı
"Kadirə hiss etdiklərimi ifadə edə bilmərəm" like
  • 02 Avq 14:19  
Digərləri "Kadirə hiss etdiklərimi ifadə edə bilmərəm"

"Sefirin kızı" serialında rol alan aktrisa Neslihan Atagül "O

arrow Ətraflı