Yağları əridən və toxluq hissi yaradan 5 möcüzəvi qida


Digərləri 02 Avq 2020 15:24:00 214 0

Yağları əridən və toxluq hissi yaradan 5 möcüzəvi qida

Xəyalınızdakı ideal çəkiyə qovuşmaq üçün pəhriz saxlamağınıza ehtiyac yoxdur. Sadəcə, bəzi qidaları menyunuza daxil edərək bədəninizdəki yağların əriməsini sürətləndirə bilərsiniz.

Son.az yağları əridən və eyni zamanda toxluq hissi yaradan qidaları təqdim edir:

Kivi

Kivi 1990-cı illərdə ən çətin tapılan, yalnız zənginlərin yeyə bildiyi meyvə hesab olunan kivi artıq bütün marketlərdə satılır. Kivi orqanizm üçün ən faydalı meyvələrdən biridir. Portağal və limondan 2 dəfə çox C vitamini ehtiva edir. C vitamini maddələr mübadiləsini sürətləndirir və orqanizmin daha çox yağ xərcləməsini təmin edir. Aparılan araşdırmalarda idmandan öncə bol miqdarda C vitamini qəbul edən insanların məşq zamanı daha çox kalori xərclədiyi sübut edilib. Gündə sadəcə, bir ədəd kivi yeməklə gündəlik C vitamini ehtiyacını ödəyirsiniz.

Kivi həm də liflə zəngin olduğundan insanı tox saxlayır. Kalium ehtiva etdiyi üçün idmandan sonra hiss edilən əzələ ağrılarını azaldır.

Xiyar

Xiyarın 95 faizi sudur. Ona görə də, kalorisi çox azdır və toxluq hissi verir. Demək olar ki, bütün pəhriz proqramlarında xəstəyə istədiyi qədər xiyar yeməyə icazə verilir. Tərəvəzin lifindən faydalanmaq istəyirsinizsə, qabıqlı yeyin.

Qatıq