AzərbaycanTürkiyə təlimləri:


Siyasət 02 Avq 2020 13:27:00 197 0

AzərbaycanTürkiyə təlimləri:

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birlikdə keçirilən, iyulun 29-dan başlayan birgə irimiqyaslı təlimlərin quru mərhələsindən yeni görüntülər yayıb.

Son.az bildirir ki, virtualaz.org Türkiyə KİV-lərinə əsasən, görüntülər təlimlərin döyüş atışsız mərhələsini əks etdirir, kadrlara əsasən zirehli texnika döyüş manevrləri edir və atəş mövqelərini tutur. Habelə iki ölkə xüsusi təyinatlıları birgə məşqlər həyata keçirir.

Təlimlər avqustun 10-nadək davam edəcək. Xatırladaq ki, təlimlər Naxçıvanda, Bakı ətrafındakı, habelə təmas xəttinə yaxın poliqonlarda keçirilir. Türkiyə təlimlərə qatılmaq üçün Azərbaycana 5 F-16 qırıcısı, "Atak" hücum vertolyotları, reaktiv yayılım atəşi sistemləri və 11 minə yaxın canlı qüvvə göndərib.