Məşhur cütlüyün ayrılıq səbəbi Kərəm yox,


Digərləri 02 Avq 2020 10:05:00 177 0

Məşhur cütlüyün ayrılıq səbəbi Kərəm yox,

Türkiyənin məşhur aktrisası Hande Erçel ilə keçmiş sevgilisi, müğənni Murad Dalkılıç haqqında yeni iddia ortaya atılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, əvvəl aktrisanın "Sen çal kapımı" serialında rol yoldaşı Kərəm Bursin ilə eşq yaşamağa başladığı iddia olunsa da, bu dəfə cütlüyün uşaq üçün dalaşdığı bildirilib. Belə ki, Murad Dalkılıç övlad sahibi olmaq istəsə də, Hande bir neçə il ana olmaq istəmədiyini deyib. Onun sözləri Muradı özündən çıxıarıb və cütlük münasibətlərinə son qoyub.

Qeyd edək ki, aktrisa sevgilisindən ayrıldığı barədə sosial şəbəkədə bu sözləri yazmışdı: "Gündəmi daha çox zəbt etmək istəmirik. Muradla ayrıldığımız doğrudur. Dostcasına münasibətimizə son qoyduq. O, çətin günlərdə yanımda oldu. Sevgilim olmaqla yanaşı dostum idi. Hələ də çevrəmiz eynidir". 

Aktyor Kərəm Bursinin də yeni münasibət qurduğu aktrisa Demet Özdemir ilə ayrılması ilə bağlı iddialar yeni eşq dedi-qodularını gücləndirmişdi.