Rusiyada qatar qəzası:


Dünya 02 Avq 2020 09:33:00 207 0

Rusiyada qatar qəzası:

Rusiyada dəmiryolu qəzası zamanı kömürlə dolu 11 vaqon relsdən çıxaraq aşıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Komi vilayətinin "İosser" dəmiryol stansiyasında baş verib. Bildirilib ki, qəza zamanı xəsarət alan olmayıb. 

Hadisə yerinə bərpa işləri ilə əlaqədar "Mikun" və "Sosnoqorsk" stansiyalarından qatarları göndərilib. 

Hadisə ilə əlaqədar 42 nömrəli Moskva-Vorkuta və 306 nömrəli Sıktıvkar-Usinsk sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib.