Filippin sahillərində güclü zəlzələ olub


Dünya 02 Avq 2020 08:49:00 155 0

Filippin sahillərində güclü zəlzələ olub

Filippin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kotabato şəhərindən 15 kilometr aralıda, ocağı isə 480 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.