İtaliyada koronavirusdan sağalanların sayı 200 min nəfəri ötüb


Dünya 02 Avq 2020 08:40:00 142 0

İtaliyada koronavirusdan sağalanların sayı 200 min nəfəri ötüb

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan 255 nəfər sağalıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan sağalanların ümumi sayı 200 229 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək 247 832 nəfər koronavirusa yoluxub, 35 mindən artıq insan vəfat edib.