ÜST: Dünyada koronavirusa yoluxanların sayı 289 mindən çox artıb


Dünya 02 Avq 2020 08:09:00 157 0

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 289 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 289 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 1-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 289 321 nəfər yeni koronavirusa yoluxub, 6 142 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 17 396 943, ölənlərin isə 675 060 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 320 330 yoluxma və 355 217 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 357 465, ölənlərin sayı isə 212 978 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 072 194 yoluxma və 44 900 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.