Ərəb dünyasında ilk AES istifadəyə verilib FOTO


Dünya 02 Avq 2020 03:30:00 164 0

Ərəb dünyasında ilk AES istifadəyə verilib  FOTO

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb dünyasının ilk atom elektrik stansiyası (AES) istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Əmirliklərin Atom Enerjisi Korporasiyası "Bərəkəh" AES-in birinci blokunun işə salındığı barədə məlumat yayıb. Stansiyanın əməkdaşları reaktora nüvə yanacağının doldurulması və blokun sınaqdan keçirilməsini uğurla başa çatdırıblar. Artıq onun BƏƏ-nin vahid enerji şəbəkəsinə qoşulması istiqamətində iş aparılır. Şirkətin icraçı direktoru Məhəmməd İbrahim Əl-Həmmadi bildirib ki, AES ölkənin ekoloji cəhətdən təmiz və təhlükəsiz enerji ilə təmin edilməsində mühüm rol oynayacaq.

Beləliklə, BƏƏ ərəb dünyasında ilk, qlobal miqyasda isə 33-cü atom enerjisindən istifadə edən ölkə olub. "Bərəkəh" AES-in tam istifadəyə verilməsindən sonra illik 5,6 giqavat elektrik enerjisi istehsal ediləcək, həmçinin 21 milyon ton karbon qazının atmosferə emissiyasının qarşısı alınacaq.