Axırəzzamanda veriləcək 3 xüsusi nida


Digərləri 01 Avq 2020 23:10:00 235 0

Axırəzzamanda veriləcək 3 xüsusi nida

Əhli-Beyt (ə) bütün ömürləri boyu insanları zühura hazırlamış və onun haqqında xəbərlər vermişdilər. Həzrət İmam Rzadan (ə) nəql edilən xəbərlərdən birinə diqqət edək. (Beytutə)

Həsən ibni Məhbub nəql edir: "İmam Rza (ə) buyurur: Hadisə baş verəcəkdir ki, zirək insanlar və bizim xüsusi ehtiyat edən şəxslərimiz o hadisəyə çəkilmiş olacaqlar. Bu, o zamandır ki, bizim davamçılarımız mənim üçüncü övladımı əldən verəcəklər.

Səma və yer əhli onun üçün ağlayacaqdır. Sanki onları görürəm ki, car çəkərlər və onların səsi uzaqdan eşidilər, necə ki, yaxından eşidilmiş olar. O səs iman əhli üçün rəhmət və kafirlər üçün əzabdır".

Soruşurlar ki, o səs nədir?

Buyurur: "Rəcəb ayında səmadan üç səs eşidiləcəkdir.

Birinci səs budur: "Agah olun, Allahın lənəti zalımlara olsun". ("Hud" 18).