Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?


Digərləri 01 Avq 2020 22:50:00 235 0

Gündə neçə salavat demək lazımdır ki, Allah insanı bağışlasın?

Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq.

1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar".

2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin".

3. Behişti görmək. Həzrət (s) buyurur: "Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər".

4. Şəfaəti vacib edər. Əziz Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Ey Əli! Hər kim mənə hər gündüz və gecə salavat göndərərsə, şəfaətim onun üçün vacib olar".

5. Qiyamət gününün susuzluğunu aradan aparar. Allah Təala Həzrət Musaya (ə) vəhy edir: " Ey Musa! Qiyamət gününün susuzluğunun səni əhatə etməsini istəmirsənmi?".