Volkswagen Tayron X modelinin satışlarına başlanıb FOTO


Digərləri 01 Avq 2020 22:30:00 189 0

Volkswagen Tayron X modelinin satışlarına başlanıb  FOTO

Volkswagen şirkəti Tayron X kross kupesinin qiymətlərini açıqlayaraq, onun satışlarına başlayıb. Yeni krossover Tiguan modelinin bazasında hazırlanıb və Çindəki FAW-Volkswagen ortaq müəssisəsi tərəfindən istehsal olunur. Dəbli krossover yalnız R-Line paketi, 2.0-litrlik turbomühərrik və DSG "robot"u və zəngin təchizat ilə satılacaqdır.

Tayron X modelinin dizaynı keçən il nümayiş etdirilmiş Volkswagen SUV Coupe konsepti ilə tamamilə eynidır: krossover, iki spoyler, bamperin kənarlarında quraşdırılmış buraxılış sisteminin iki hissəli çıxış borularını təqlid edən elementlər və diodlu X formalı LED fənərləri olan arxa hissəsinin orijinal dizaynını qoruyub saxlayıb.

Adi Tayron krossoveri ilə müqayisədə, X indeksinə malik olan kupe-kross 25 mm aşağı salınmış dam xəttinə sahibdir. Bundan başqa, Tayron X modeli digər arxa işıq texnikası, yeni dizayna və yalançı çıxış borularına malik olan arxa bamper ilə təchiz edilir.

Kupeşəkilli krossover adi Tayron modelindən radiator barmaqlığının quruluşu, ön bamperin forması, 19-düymlük təkər diskləri və qara "süzən" dam ilə fərqlənir. R-Line kuzov dəsti olmadan Tayron X sifariş etmək mümkün deyil, baxmayaraq ki, "idman" bamperləri həndəsi keçiş qabiliyyətinə demək olar ki, təsir göstərmir: kross-kupenin giriş və çıxış bucaqları müvafiq olaraq 20 və 25 dərəcədir.

Volkswagen Tayron ailəsinin interyeri demək olar ki, eynidır. Kupeşəkilli versiyada virtual cihazlar paneli, 9,2-düymlük ekrana sahib media sistem, panoram dam və iqlimə nəzarət sisteminin sensorlu bloku vardır. Bundan əlavə, salonda multifunksional sükan çarxı quraşdırılmış, standart avadanlıqların siyahısına qızdırılan ön oturacaqlar, kruiz-kontrol və avtomatik əyləc sistemi daxil edilmişdir.

Son.az autograph.az-a istinadən bildirir ki, səma İmperatorluğunda Tayron X modeli iki güc variantına malik olan 2,0-litrlik EA888 "turbodördlüyü" ilə satılacaqdır. 330 TFSI versiyası 186 at qüvvəli mühərrikə və ön ötürməyə, 380 TFSI versiyası isə 220 at qücündə mühərrikə və 4Motion tam ötürmə sisteminə malik olacaqdır. Hər iki modifikasiya yalnız 7-pilləli DSG "robot"u ilə təchiz ediləcəkdir. Gələcəkdə, 1,4-litrlik turbomühərrikə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilmiş 218 at qüvvəli GTE modifikasiyasının təklif olunacağı istisna edilmir.

FAW-Volkswagen, ön ötürməli Tayron X modelini 235,800 yuan  (57.325 manat) dəyərində qiymətləndirib, tam ötürməli versiya üçün 274.800 yuan (66.800 manat) ödəmək lazımdır. Beləliklə, yenilik həm "qohum" Skoda Kodiaq GT, həm də Volvo aqreqatlarında inşa edilmiş "premium" Lynk & Co 05 krossoverindən 30% bahadır.

Volkswagen Tayron Səma İmperatorluğundan kənarda satılmır. Müvafiq olaraq, onun kupe versiyası da yalnız daxili bazar üçün nəzərdə tutulub. Tayron və Tayron X modellərinin Çindəki ümumi satışları 2020-ci ilin sonuna qədər 200 minə çatmalıdır.

Milli.AZ