Türkiyədə koronavirusdan sağalanların sayı 215 min nəfəri ötüb


Dünya 01 Avq 2020 22:13:00 161 0

Türkiyədə koronavirusdan sağalanların sayı 215 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 710 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 996 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 231 869 nəfərə çatıb.