Peyğəmbərin əmisi Əbu Talib İslam dininə iman gətirmişdi?


Digərləri 01 Avq 2020 21:45:00 172 0

Peyğəmbərin əmisi Əbu Talib İslam dininə iman gətirmişdi?

Əbu Talibin iman gətirib-gətirmədiyi barədə İslam alimlərinin fikri fərqlidir. Əhli-sünnə məzhəbində geniş yayılmış rəyə görə, Əbu Talib iman gətirməmiş və müşrik olaraq dünyadan köçmüşdür. Lakin şiə məzhəbli alimlər və əhli-sünnə alimlərin bir qismi Əbu Talibin iman gətirdiyini iddia etmişlər. Onun Həzrət Mühəmməd Peyğəmbəri (s) bütün varlığı ilə müdafiə etməsi, oğulları Əli və Cəfərin Peyğəmbəri (s) qorumalarına mane olmaması buna sübutdur. Əbu Talibin həyat yoldaşı Əsəd qızı Fatimə (İmam Əlinin anası) ilk müsəlmanlardan idi. Əgər Əbu Talib müsəlman olmasaydı, Peyğəmbərimiz (s) digər ailələrdə olduğu kimi, onların da nikahını pozardı. Əbu Talibə məxsus olan şeir nümunələrindən də aydın görünür ki, o, Allaha iman gətrimiş və Həzrət Mühəmmədin (s) peyğəmbərliyini qəbul etmişdi. Qeyd edək ki, saytımızın "Məqalələr" bölümündə bu barədə ətraflı yazı vardır.