Salavatın axirət savabları


Digərləri 01 Avq 2020 21:50:00 233 0

Salavatın axirət savabları

Əziz Peyğəmbərimiz (s) buyurub: "Mənə və Əhli-beytimə salavat və salam göndərmək - nifaqı aradan aparar".

Salavatın axirət savablarını beş hissəyə bölmək olar: Bərzəx aləmi, Qiyamət, Sirat körpüsü, cəhənnəm, behişt.

Bərzəx aləmi.

Salavatı davamlı olaraq demək Bərzəx aləmində qəbr əzabını uzaqlaşdırar. Günahın zülmətini aradan aparar. Əzabı bütün qəbiristanlıqdan uzaq edər. Salavatın savabı günahın yükündən daha ağırdır. Salavat onların fəryadına qəbirdə çatar. Bərzəx alımində insanın simasını nurani və can verməyini asan edər.

Əbu Ələqə deyir: "Peyğəmbər (s) sübh namazından sonra üzünü bizə tutub buyurdu: "Mənim səhabələrim! Dünən gecə əmim Həmzəni (ə) və qardaşım Cəfəri (ə) yuxuda gördüm və onlara yaxınlaşdım. Onlardan soruşdum ki, hansı əməli daha üstün gördünüz? Cavab verdilər: "Biz sənə salavat göndərməyi susuzu doyuzduran, Əli ibni Əbitalibin (ə) məhəbbətini isə ən üstün əməl kimi gördük"".

Həzrət (S) başqa yerdə buyurur: "Hər kim mənə çoxlu salavat göndərər, ölümün və can verməyin acısından amanda olar".

Qiyamət.

Hədislərdə oxuyuruq ki, əgər müsəlman salavatı davamlı olaraq deyərsə, xüsusilə də cümə günlərində - salavat ona Qiyamətdə şəfaət verər. Həmçinin çoxlu salavat göndərmək həmin insanı Qiyamət günü Həzrət Peyğəmbərə (s) yaxın olan insanlardan edər. Allah hər tərəfdən o insana nur saçar. Qiyamət günü 70 hacəti yerinə yetər. Onu İlahi ərşin kölgəsində qərar verər. Həmçinin bu salavat sayəsində əməlləri Qiyamət günü çəkidə ağır gələr və ən yaxşı əməl hesab edilər.

Həzrət Peyğəmbər (s) buyurur: "Üç insan Qiyamət günü İlahi ərşin kölgəsində olacaqdır: O kəs ki, ümmətimin qəmini aradan aparar, o kəs ki, mənim sünnətimi dirçəldər, o kəs ki, mənə çoxlu salavat göndərər".

Sirat körpüsü.

Salavat insana Sirat körpüsündə yol göstərər. Onun yolunu işıqlandıran nur olar. Həzrət Peyğəmbər (s) buyurur:"Mənə çoxlu salavat göndərin. Çünki mənə salavat göndərmək göndərən üçün qəbirdə, Siratın yuxarısında və behiştdə nurdur".

Cəhənnəm.

Salavat insanı cəhənnəm istiliyindən amanda saxlayır. Cəhənnəm atəşinə mane olar. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, mənə salavat göndərər, atəşə daxil olmaz. Hər kim mənə salavat göndərməyi unudarsa, behişt yolundan yanlış yola gedər".

Behişt.

Salavat göndərən insana hurileyn verilər. Behiştdə Peyğəmbərin (s) dostu olar, 70 min behişt qəsrinə malik olar. Səlsəbil şərabından içər, Peyğəmbərin (s) xüsusi zümrəsi kimi behiştə daxil olar.